CƏMİYYƏT


BNA Avropa Gənclər Olimpiya Festivalı ilə bağlı sürücülərə müraciət edib

Paytaxtımızda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının səmərəli təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən nəqliyyat tədbirlərinin icrası davam etdirilir. Agentlikdən AZƏRTAC-a bildirilib ki, müəyyən olunmuş marşrutlar üzrə çəkilmiş sarı zolaqlar idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında, təhlükəsiz çatmasını təmin etmək məqsədi daşıyır. Lakin bəzi şəxsi nəqliyyat vasitəsi sürücüləri bir çox hallarda zolağa daxil olaraq avtobusların qarşısına çıxmaqla, ara məsafəsi gözləmədən arxası ilə irəliləməklə və ya ani manevrlər etməklə hərəkətə mane olaraq qəza şəraiti yaradırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır