İQTİSADİYYAT


Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Türkiyədə işgüzar görüşlər keçirib. İlk görüş qardaş ölkənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurumla, Sənəd (Tapu) və Kadastrın baş direktoru Ahmet Zeki Adlı ilə baş tutub. AZƏRTAC xəbər verir ki, səfərin məqsədi iki ölkə arasında əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişləndirmək, birgə təcrübə mübadiləsi aparmaq, yeni layihələr reallaşdırmaqdır.