DÜNYA


Hindistan Aya kosmik missiya göndərib

İyulun 22-də super kosmik güc olmağa çalışan Hindistan Aya kosmik missiya göndərib. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, Andhra Pradeş ştatındakı “Satiş Dhavan” kosmik mərkəzindən “Çandrayaan-2” kosmik gəmisinin buraxılışı uğurla həyata keçirilib. Onun startı iyulun 15-nə nəzərdə tutulsa da, həmin gün buraxılış texniki səbəblərdən təxirə salınmışdı. Beləliklə, Hindistan ABŞ, Çin və Sovet İttifaqından sonra Ayın səthinə kosmik aparat göndərən dördüncü ölkə olub.