RƏSMİ


Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Muriel Peneveyre fəxri qarovul dəstəsinin qarşısından keçdi. Muriel Peneveyre etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.