RƏSMİ


Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Volfqanq Maniq fəxri qarovul dəstəsinin qarşısından keçdi. Volfqanq Maniq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.