RƏSMİ


Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Beynəlxalq Astronavtika Federasiyasının prezidenti, Fransa Kosmik Agentliyinin rəhbəri Jan-İv Lö Qalı qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda kosmik sənayenin inkişafında əldə edilən uğurlar qeyd olundu, yüksək texnologiyaların, o cümlədən kosmik sənayenin ölkəmizdə prioritet sahələrdən biri olduğu bildirildi, Azərbaycanın artıq üçüncü süni peykinin orbitə buraxılması mühüm hadisə kimi dəyərləndirildi və ölkəmizin dünya kosmik ailəsinin üzvü olmasının əhəmiyyəti vurğulandı.