SİYASƏT


Ali Baş Komandanın tapşırığı ilə hərbi hissələrin yoxlanılması davam edir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən general-polkovnik Zakir Həsənova əməliyyat şəraiti barədə məruzə edilib.