İDMAN


EYOF 2019-da velosiped idmanı üzrə qızlar arasında qrup yarışlarına start verilib

İyulun 25-də XV Avropa Yay Gənclər İdman Festivalı (EYOF Bakı 2019) çərçivəsində velosiped idmanı üzrə qızlar arasında qrup yarışlarına start verilib. AZƏRTAC xəbər verir ki, medallar uğrunda 30-dan çox ölkədən 75 idmançı mübarizə aparır. Yarışlarda ölkəmizi Lalə Əbdürrəhmanova, Gülşən İsmayılova və Məleykə İsgəndərova təmsil edirlər.