Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Uçan adam” La Manş boğazını keçməyə cəhd etdi

25.07.2019 [13:59]

Xəbərin mətni

“Uçan adam” ləqəbli Franki Zapata (Franky Zapata) Fransa və birləşmiş Krallığı birləşdirən La Manş (La Manche) boğazını özünün ixtira etdiyi “Flyboard” uçan maşını ilə keçmək istəyib.
35 km-lik məsafəni 20 dəqiqəyə qət etməyi nəzərdə tutsa da ixtiraçı istəyinə nail ola bilməyib. Yolda maşını kerosinlə təchiz etmək istəyərkən suya düşən ixtiraçını sahilə çıxarılıb və özünü yaxşı hiss etdiyi bildirilir.