İQTİSADİYYAT


Xaçmazda arıçılıq təsərrüfatlarında bal süzümünə başlanılıb

Xaçmazlı arıçılar təsərrüfatlarından bol məhsul əldə edirlər. Erkən yazda havaların əlverişli keçməsi arı ailələrinə müsbət təsir göstərib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyul ayının əvvəlindən arıçılıq təsərrüfatlarında bal süzümünə başlanılıb. Təsərrüfat sahibləri bildirirlər ki, builki məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur. Bu mövsüm hər arı yeşiyindən 11 kiloqramdan artıq bal alınır. Toplanan məhsulun bir hissəsi satışa çıxarılır. Hazırda 1 kiloqram balın qiyməti 20-25 manat arasında dəyişir.