XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin sonuncu mətbuat konfransı keçirilib
27.07.2019 [13:42]
Xəbərin mətni
İyulun 27-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi sonuncu mətbuat konfransını keçirib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Gənclər və İdman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard və Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki iştirak ediblər.