İDMAN


XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla görüş keçirilib

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan Azərbaycan idmançıları və onların ailə üzvləri ilə iyulun 29-da Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, “Zəfər günləri” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, qurumun baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.