AAYDA rəhbərliyi şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib
31.07.2019 [18:04]
Xəbərin mətni
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyi şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 31-də AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov Qubadakı Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb. Quba və Xaçmaz rayonlarından olan vətəndaşların müraciətləri əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.