Çikaqoda uşaq meydançasının yaxınlığında kütləvi atışma zamanı 7 nəfər yaralanıb
05.08.2019 [11:28]
Xəbərin mətni
Çikaqo şəhərinin qərb hissəsində yerləşən Duqlas parkındakı uşaq meydançasının yaxınlığında bazar günü baş verən kütləvi atışma zamanı 7 nəfər yaralanıb. Hadisənin şahidləri polisə atışmanın gecə saatlarında baş verməsi, qara rəngli “Camaro” markalı avtomobilin parka yaxınlaşması və onun sürücüsünün parka ziyarətə gələnlərə atəş açması barədə danışıblar.