“Dəniz Kuboku – 2019” müsabiqəsinin püşkatma mərasimi keçirilib
05.08.2019 [16:18]
Xəbərin mətni
Avqustun 5-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz Kuboku - 2019” müsabiqəsinin püşkatma mərasimi keçirilib və hakimlərə sertifikatlar təqdim olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə müsabiqənin təşkilatçıları hakimlər üçün ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və hakimlik hüququna dair sertifikatları onlara təqdim ediblər.