Bakıda “Dəniz kuboku-2019” yarışlarına hazırlıq yüksək səviyyədə təşkil olunub
05.08.2019 [19:17]
Xəbərin mətni
“Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının başlanması ilə əlaqədar avqustun 5-də mətbuat konfransı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlər iştirak ediblər.