DÜNYA


Kanadada gecə klubuna silahlı hücum nəticəsində 7 nəfər yaralanıb

Kanadada gecə klublarından birinə silahlı hücum nəticəsində 7 nəfər yaralanıb. AZƏRTAC Global News Canada saytına istinadla xəbər verir ki, Toronto şəhərindəki Finç bulvarında yerləşən kluba gecə saatlarında silahlı hücum edilib. Qeyd olunur ki, 7 nəfəri yaralayan cinayətkar hadisə yerindən qaçıb. Polis onun yaxalanması üçün axtarış-əməliyyat tədbirləri həyata keçirir. Xəstəxanaya çatdırılan yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.