Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Neftçi”nin baş məşqçisi: Sabah bizi çətin və maraqlı oyun gözləyir

07.08.2019 [18:57]

Xəbərin mətni

Sabah bizi çətin və maraqlı oyun gözləyir. Rəqibimiz həm İsrail milli çempionatında, həm də Superkubok oyunlarında güclü müdafiəsi ilə seçilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri avqustun 7-də “Neftçi” futbol klubunun baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” komandası ilə ilk matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.