İDMAN


Çempionlar Liqasının ötən mövsümünün ən yaxşı qolu açıqlanıb

UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün ən yaxşı qolu müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Barselona”nın argentinalı hücumçusu Lionel Messinin “Liverpul”un qapısına cərimə zərbəsindən vurduğu top mövsümün ən yaxşı qolu seçilib. Mayın 1-də turnirin yarımfinal mərhələsinin birinci görüşündə hesab 2:0 olarkən Lionel Messinin 28 metr məsafədən cərimə zərbəsindən vurduğu top “Liverpul”un qapıçısı Alison Beyker üçün əlçatmaz olub.