İDMAN


UEFA Çempionlar Liqası: “Qarabağ” və APOEL oyunu yekunlaşıb

Avqustun 13-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-APOEL oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş qonaqların 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Bu məğlubiyyətə baxmayaraq, “Qarabağ” avrokuboklarda mübarizəsini davam etdirir. Belə ki, UEFA-nın reqlametinə əsasən “Qarabağ” UEFA Avropa Liqasının play-off mərhələsində yolunu davam etdirəcək.