DÜNYA


Honkonqda keçirilən aksiyalarda bir jurnalist etirazçılar tərəfindən döyülüb

Honkonqda keçirilən etiraz aksiyasında Çinin “Golab Times” qəzetinin əməkdaşı Fu Quohao döyülüb.
AZƏRTAC xəbər verir ki, hadisə avqutsun 13-də axşam gecə saatlarda aksiyaların ən çox keçirildiyi məkanlardan olan Honkonq beynəlxalq hava limanında baş verib. Aksiya iştirakçıları jurnalistin onların şəkillərini çəkməsinə etiraz ediblər. Daha sonra onun çantasını əlindən alıb yoxlayarkən, üzərində “Mən Honkonq polisini sevirəm” yazılmış idman köynəyini tapan etirazçılar qəzəblərini boğa bilməyib və jurnalistin əllərini bağlayaraq döyüblər. Etirazçılar ilkin tibbi yardım həkimlərinin işinə də mane olmağa çalışıblar.