DÜNYA


İranda təlim təyyarəsi qəzaya uğrayıb

İranın Səmnan vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC İran KİV-lərinə istinadla xəbər verir ki, qəza nəticəsində iki heyət üzvü həlak olub. Hava limanından 200 metr məsafədə baş vermiş qəzanın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.