İQTİSADİYYAT


Xaçmazlı təsərrüfatçılar fındıq yığımına başlayıblar

Xaçmazlı təsərrüfatçılar avqustun ilk günlərindən fındıq bağlarından məhsul yığımına başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fındıq bağlarında məhsuldarlıq ötən illərlə müqayisədə daha çoxdur. Məhsulun bol, qiymətin isə sərfəli olması bağ sahiblərinin daha çox gəlir əldə edəcəyini deməyə əsas verir. Hazırda ağacdan yığılaraq qurudulan fındığın bir kiloqramı təsərrüfatçılardan 3,5 - 4 manata alınır.