DÜNYA


Honkonq aeroportundan bütün uçuşlar təxirə salınıb

Çinin Honkonq xüsusi inzibati bölgəsindəki beynəlxalq hava limanında yerli vaxtla saat 16:30-dan sonra bütün uçuşlar təxirə salınıb.
AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, buna səbəb Honkonqda davam edən etiraz aksiyalarıdır. Belə ki, etirazçıların ən çox toplaşdığı məkanlardan biri məhz beynəlxalq hava limanıdır. Eyni hal avqustun 12-də də baş vermişdi.