İQTİSADİYYAT


Qobustanda Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulur

Başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim–Göydərə yolu 4-cü texniki dərəcəlidir. Torpaq əsaslı və çınqıl örtüklü yolun eni və uzunu tikinti norma və standartlara uyğun deyildi. Bu üzdən torpaq işlərinin  yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla  bütün yolda  yeni yol geyiminin tikilməsi  zərurəti yaranmışdır. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması işlərinə start verib.