DÜNYA


Tehranda tələbələr aksiya keçiriblər

Tehran Universiteti də daxil olmaqla bir sıra ali məktəb tələbələri BMT-nin İrandakı nümayəndəliyinin qarşısında aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, Kəşmirdə müsəlmanları müdafiə etmək məqsədi ilə keçirilən aksiyada beynəlxalq təşkilatlardan ikili standartlardan əl çəkmək tələb olunub. “Müsəlmanların qətlə yetirilməsini dayandırın” şüarı ilə çıxış edən tələbələr başda BMT olmaqla beynəlxalq təşkilatları insan hüquqlarının pozulmasına göz yummaqda ittiham ediblər.