Azərbaycan Dövlət İnformasiya Agentliyi

İran yeni raketini sınaqdan keçirib

22.08.2019 [15:17]

Xəbərin mətni

Avqustun 22-də İran yeni “Bavar-373” tipli zenit raket kompleksini sınaqdan keçirib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın S-400 sistemlərinə yaxın olan “Bavar-373” sınaqdan uğurla keçib. Sınaq atışında iştirak edən İranın Müdafiə naziri Əmir Xatəmi kompleksin Hava Hücumundan Müdafiə Qüvvələrinin sərəncamına verildiyini bildirib.