İQTİSADİYYAT


Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşların müraciətlərini dinləyib

Kənd Təsərrüfatı naziri İnam Kərimov avqustun 23-də Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Beyləqan, Füzuli və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 76 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciətləri əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub.