İQTİSADİYYAT


Qubada inşa olunan 48 mənzilli yaşayış binası gələn il sakinlərin istifadəsinə veriləcək

Quba şəhərində istismar müddəti başa çatan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə tikilən 48 mənzilli yeni yaşayış binası gələn il sakinlərin istifadəsinə veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncamı ilə inşa olunan bina 4 mərtəbəlidir. İki girişdən ibarət çoxmənzilli binanın ümumi sahəsi 980 kvadratmetrdir.