DÜNYA


Lvov vilayətində binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Ukraynanın Lvov vilayətinin Droqobıç şəhərində uçmuş binanın dağıntıları altından 8 cəsəd çıxarılıb. Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Daha əvvəl 6 nəfərin öldüyü və 7 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin “Facebook” səhifəsində yaralılardan 5-nin uşaq olduğu qeyd edilib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.