İDMAN


“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib

Avqustun 30-da UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanın yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubunun qrup mərhələsindəki rəqibləri müəyyənləşib. Azərbaycan çempionu A qrupunda “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj” (Lüksemburq) komandaları ilə mübarizə aparacaq.