Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
03.09.2019 [10:59]
Xəbərin mətni
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 4-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.