İDMAN


“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XVII dünya çempionatının açılış mərasimi olub

Sentyabrın 7-də “Boulevard Hotel”də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XVII dünya çempionatının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Vergilər naziri Mikayıl Cabbarov və digər rəsmilər iştirak ediblər.