SİYASƏT


Hərbi qulluqçularımız “Saber Junction - 19” təlimində iştirak edəcəklər

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Hohenfels” təlim mərkəzində keçiriləcək “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak etmək üçün Almaniya Federativ Respublikasına yola düşüblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Amerika Birləşmiş Ştatları Avropa Komandanlığının (EUCOM) təşkilatçılığı ilə keçiriləcək təlimin əsas məqsədi NATO və tərəfdaş ölkələr arasında əməliyyat uyarlılığının və bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, eləcə də hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsidir.