Azərbaycan nümayəndə heyəti Çində Avrasiya İqtisadi Forumunda iştirak edir
11.09.2019 [12:51]
Xəbərin mətni
Çinin Şansi vilayətinin inzibati mərkəzi olan Sian şəhərində Avrasiya İqtisadi Forumu işə başlayıb. 58 ölkədən dövlət və hökumət rəsmilərinin, beynəlxalq və regional təşkilatların rəhbərlərinin iştirak etdikləri tədbirdə Azərbaycanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.