Sianda İpək Yolu üzərində yerləşən şəhərlərin 7-ci beynəlxalq konfransı keçirilib
11.09.2019 [14:12]
Xəbərin mətni
Çinin Sian şəhərində davam edən Avrasiya İqtisadi Forumu çərçivəsində İpək Yolu İqtisadi Kəməri boyunca yerləşən şəhərlərin 7-ci beynəlxalq konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, "Qarşılıqlı mənfəət üçün birgə əlaqələndirmə çağırışı" mövzusunda keçirilən konfransda Azərbaycanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.