DÜNYA


Çində avtovağzal binasının sürüşdürülməsi Ginnesin Rekordlar Kitabına düşüb

Çinin Siamen şəhərində 30 min tonluq avtovağzal binası xüsusi texnika vasitələrinin köməyi ilə 90 dərəcə sürüşdürülərək döndərilib.

170 ədəd "Boeing 747" təyyarəsi ağırlığında olan binanın sürüşdürülməsinə fevralda başlanılıb və proses aprelin 1-də başa çatıb. Onun ən kənar nöqtəsi 288 metr sürüşdürülüb. Binanın sürüşdürülməsinə səbəb onun Fucou və Siamen şəhərləri arasında çəkilməsi nəzərdə tutulan avtomagistrala mane olmasıdır.