Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tacikistanın nümayəndə heyəti Azərbaycanda istehsalat müəssisələrinin iş prosesi ilə tanış olub

19.09.2019 [12:23]

Xəbərin mətni

Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumlarının və biznes strukturlarının nümayəndələri və sahibkarlar Azərbaycandakı bir sıra istehsalat müəssisələrinin iş prosesi ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan-Tacikistan Aqrobiznes Forumunun iştirakçısı olan qonaqlara əvvəlcə Bakı Yağ Emalı Fabrikinin geniş istehsal dairəsi barədə məlumat verilib. Bildirilib ki, fabrikdə müasir texnologiya ilə yüksək keyfiyyətli qida yağları istehsal edilir.