İQTİSADİYYAT


Fermerlər “Kartof festivalı”nda müasir texnika və texnologiyalarla tanış olublar

Kartof kənd təsərrüfatının ən gəlirli bitki növlərindəndir. İnkişaf etmiş ölkələrdə kartofçuluğun rentabelliyi 300 faizə çatır. Mütəxəssislər qeyd edirlər ki, kartof həm də çox tələbkar və səhlənkarlığı sevməyən bitkidir. Yüksək məhsuldarlıq və gəlir əldə etmək üçün düzgün aqrar texnologiya, keyfiyyətli texnika, mövsüm ərzində aqrokimyəvi qulluq, düzgün yığım və saxlanma vacibdir. Düzgün sortun seçilməsi də vacib məsələlərdəndir.