CƏMİYYƏT


Lerikdə ənənəvi təsərrüfat sahəsi olan tütünçülük bərpa edilir

Prezident İlham Əliyevin aqrar sektora göstərdiyi qayğı dağlar diyarı Lerik rayonunda da öz uğurlu nəticələrini verir. İndi burada ərzaq bolluğu yaratmaq üçün kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Torpaqların hər qarışından səmərəli istifadə olunur, gəlir gətirən məhsulların əkininə geniş yer ayrılır, rayonun ənənəvi təsərrüfat sahələri bərpa edilir. Tütünçülük də son illərdə bərpa olunan sahələrdən biridir. Hazırda rayonda tütün yığımı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır