İQTİSADİYYAT


Xaçmazlı fermerlərə güzəştli şərtlərlə 60 tonadək mineral gübrə satılıb

Səyyar satışdan yaralanan xaçmazlı təsərrüfatçılar ammofos və nitroammofoska kimi mövsümi gübrələri 70 faiz güzəştlə əldə ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 20-də “Aqrolizinq” ASC tərəfindən Xaçmaz rayonunda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib. Susayqışlaq kəndində təşkil olunan səyyar satışda rayonun 5 kəndindən olan fermerlərə 60 tonadək mineral gübrə satılıb.