İQTİSADİYYAT


Neftçalada pambıq tarlaları kombaynlar üçün hazır vəziyyətə gətirilib

Strateji sahə olan pambıqçılıq bu günlərdə daha çox diqqət mərkəzindədir. Çünki regionlarda ilkin olaraq əllə pambıq yığımına başlanılıb. Neftçala rayonunda isə kombaynlar üçün nəzərdə tutulan pambıq tarlaları artıq dərmanlanıb.
AZƏRTAC xəbər verir ki, ötən il Neftçalada 7 min hektar pambıq sahəsindən 9 min 900 ton məhsul toplaması fermerlərin bu sahəyə marağını daha da artırıb. Artıq rayonun pambıq tarlalarında bol məhsul var. Daha məhsuldar pambıq sortlarına müraciət edən neftçalalı fermerlər əllə pambıq yığımını demək olar ki, başa çatdırıblar.