İQTİSADİYYAT


Nyu-Yorkda ikinci Xəzər Biznes Forumu keçirilib

Sentyabrın 24-də Nyu-York şəhərinin Harvard klubunda Xəzər Siyasət Mərkəzi və ABŞ-ın Ticarət Palatası Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirliklərinin dəstəyi ilə ikinci Xəzər Biznes Forumu keçirib.
ABŞ və Trans-Xəzər dəhlizi ölkələri arasındakı strateji tərəfdaşlığa söykənən Nyu-York Xəzər Biznes Forumu Amerika və Xəzər regionu ölkələrinin biznes dairələri üçün geniş imkanlar yaradan aparıcı platformanı təşkil edir.