SİYASƏT


Elmar Məmmədyarov ECO-nun Xarici İşlər nazirlərinin iclasında iştirak edib

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xarici İşlər nazirlərinin iclasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Elmar Məmmədyarov çıxışında regional və regionlararası təşəbbüslərdə iştirak edən Azərbaycanın hər zaman bölgədə və onun hüdudlarından kənarda müxtəlif iqtisadi əməkdaşlıq səylərini dəstəklədiyini və bu xüsusda ECO çərçivəsində əməkdaşlıq fəaliyyətinə və bu bölgədə ticarət və əməkdaşlığın inkişafına əhəmiyyət verdiyini bildirib. Təşkilatın konkret və nəticəyə yönəlik layihələrə üstünlük verməli olduğunu söyləyən nazir bu xüsusda prioritet sahələr qismində ticarət, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizmi qeyd edib.