İQTİSADİYYAT


Bakıda bal yarmarkası açılıb

Sentyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Tofiq Bəhramov adına respublika stadionunun ərazisində arıçılıq məhsullarının 20-ci respublika sərgi-satış yarmarkası açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov arıçılığın Azərbaycanda çox qədim peşə sahələrindən biri olduğunu və aqrar sektorun inkişafında xüsusi yer tutduğunu vurğulayıb.