DÜNYA


Polis Honkonqda qanunsuz saxlanılan xeyli soyuq silah və "molotov kokteyli" aşkarlayıb

Çinin Honkonq xüsusi inzibati bölgəsində polisin həyata keçirdiyi əməliyyat nəticəsində xeyli miqdarda soyuq silah, "molotov kokteyli", kustar üsulla hazırlanmış partlayıcılar aşkarlanıb.
AZƏRTAC Honkonq polisinin yaydığı məlumata istinadla xəbər verir ki, 48 məntəqədə iki gün ərzində aparılmış əməliyyat zamanı aşkarlananlar arasında alışdırıcı-yandırıcı maddələr, qaz alışqanları, bıçaqlar, polad dəyənəklər, habelə qoruyucu avadanlıq olub. Əməliyyatın gedişində 51 nəfər soyuq silah və kustar üsulla hazırlanmış alışdırıcı-yandırıcı maddələr saxlamaqda, habelə qanunsuz toplaşmaqda, təhlükəli cisimlərin hazırlanmasında iştirakda şübhəli bilinərək saxlanılıb.