İQTİSADİYYAT


Nəsimi rayonu ərazisindəki Asif Məhərrəmov küçəsi yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtda avtonəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrasını davam etdirir. Layihəyə əsasən Nəsimi rayonu ərazisindəki Asif Məhərrəmov küçəsi yenidən qurulur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əsaslı şəkildə yenidən qurulan A.Məhərrəmov küçəsinin uzunluğu 1,1 kilometr, eni isə ortalama 20 metrdir. Layihə çərçivəsində 6 min kvadratmetr mövcud piyada səkiləri bərpa olunur, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib.