DÜNYA


Polis “sarı jiletli” qadının Kral sarayına daxil olmasının qarsısını alıb

Belçika polisi Brüsseldə, Kral sarayının ərazisində fövqəladə vəziyyət yaranmasının qarşısını alıb. AZƏRTAC xəbər verir ki, federal məruzəçilər Didye Reynders (fransızdilli liberal) və Yohan Vande Lanott (flandriyalı sosialist) birgə məruzələrinin yekun variantını Kral Fillippə təqdim etmək üçün saraya gələndə əlində sarı jiletlər tutmuş naməlum qadın onların ardınca binaya daxil olmağa çalışıb. İnsident videoya çəkilib. Qadın sarı jiletləri məruzəçilərə təqdim etməyə çalışıb, lakin polislərin sayıqlığı nəticəsində bunu edə bilməyib.