DÜNYA


Terrorçuların Türkiyənin yaşayış məntəqələrinə raket atəşi nəticəsində 4 nəfər həlak olub

Türkiyə Silahlı Qüvvələrinin tərəfindən “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatının başlamasının ardından terrorçular Türkiyənin sərhədə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini raket atəşinə tutub.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində biri körpə olmaqla 4 nəfər həlak olub.
Son məlumata görə, hadisə nəticəsində yaralananların sayı 70 nəfərə çatıb.