İQTİSADİYYAT


Qusarda 14 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

Qusarda 14 yaşayış məntəqəsini əhatə edən Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolu yenidən qurulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılan yolun uzunluğu 46 kilometrdir.
Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla, 4-cü texniki dərəcəyə uyğun inşa edilir.